Kuba Əlcəzairin keçmiş prezidentinin ölümünə görə matəm elan etdi


Kuba rəhbərliyi Əlcəzairin keçmiş prezidenti Abdulaziz Buteflikanın ölümü ilə əlaqədar matəm elan etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb. Rəsmi matəm sentyabrın 21-də saat 06: 00 -dan gecə yarısına qədər qüvvədə olacaq. 
Qeyd edək ki, 1999-2019 -cu illərdə Əlcəzairə rəhbərlik edən Abdulaziz Buteflika bir neçə gün əvvəl 84 yaşında dünyasını dəyişib. Ölkəyə rəhbərlik etdiyi müddətdə Kuba İnqilabının lideri Fidel Kastro ilə yaxın münasibət qurub. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı təşviq edib, Kuba hakimiyyəti onu respublikanın ən yüksək mükafatı olan “Cose Marti” ordeni ilə təltif edib. Hakimiyyətdə olduğu son illərdə siyasətçinin ciddi sağlamlıq problemləri var idi və yalnız əlil arabasında hərəkət edirdi. Buteflika 2019 -cu ilin fevral ayında beşinci dəfə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirdikdən sonra ölkədə geniş miqyasda etirazlar başladı. Bunun fonunda seçkilərə qatılmaqdan imtina etdi. Buna baxmayaraq nümayişlər davam etdi və bu da kəskin daxili siyasi böhrana səbəb oldu. 

 

DİGƏR XƏBƏRLƏR

Top