Prosesi saxlaya bilmədik, insanlar bundan faciəvi şəkildə təsirlənəcək– BMT


Birləşmiş Millətlər Təşkilatı qlobal istiləşmə ilə bağlı növbəti dəfə dünya ölkələrinə xəbərdarlıq edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş altı il əvvəl imzalanan Paris İqlim Sazişində nəzərdə tutulan qlobal istiləşmə ilə bağlı proseslərin qarşısını almağın mümkün olmadığını və insanların təhlükə ilə üzləşdiyini deyib:
“Hədəfə çata bilməməyimiz kütləvi tələfat və insanların rifahının pisləşməsi ilə nəticələnək. İndi dövlətlərin hərəkət etmə vaxtıdır, əks halda bütün ölkələrdəki insanlar bundan faciəvi şəkildə təsirlənəcək”.
Xatırladaq ki, Paris İqlim Sazişini imzalayan 191 ölkə qaz tullantılarını azaltmalı və qlobal istiləşməni 2 dərəcənin altında saxlamalı idilər. Ancaq bu prosesi həyata keçirmək mümkün olmayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top