Elnur Əşrəfoğlu süni tənəffüs aparatına qoşuldu


Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusa yoluxub və "Yeni klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib.

"Yeni klinika"dan verilən məlumata görə, Elnur Əşrəfoğlu 4 gündür reanimasiyadadır. Xəstədə 85% ağciyər tutulması, kəskin tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı müşahidə edilir. Hazırda süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyası 70 faizdir. Ümumi vəziyyəti qənaətbəxş deyil (APA)

DİGƏR XƏBƏRLƏR

Top