Yüzlərlə şəxsin xilasına səbəb olan azərbaycanlı ilə bağlı səfirlikdən açıqlama - VİDEO


ABŞ-ın Azərbaycandakı Səfirliyi Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafatla təltif olunan azərbaycanlı Fərrux Məmmədovu təbrik edib.

Yeniavaz.com xəbər verir ki, səfirliyin yaydığı məlumatda deyilir:
“ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədovu potensial cinayətkar haqqında məlumat verdiyinə görə Kempbell Şəhər Polis İdarəsindən xüsusi mükafat alması münasibətilə təbrik edirik. Polis Fərrux Məmmədovun zənginin yüzlərlə insanın həyatını xilas etdiyini güman edir. Bu, ABŞ polisinin layiqincə qəhrəman adlandırdığı Fərruxun sayəsində baş vermişdir”.
Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub.
F.Məmmədov iyulun 9-da gecə yarısı müşahidə kamerasında gördüyü terrorçu barədə 911-ə zəng edərək ABŞ polisini məlumatlandırıb.

 

DİGƏR XƏBƏRLƏR

Top