Sərnişindaşıma ilə bağlı monitorinq keçirilib - FOTO


Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ila həftə sonları-şənbə va bazar günləri şəhərlərarası-rayonlararası və şəhərdaxili-rayondaxili sərnişindaşıma fəaliyyatinə qadağaların qoyulmasına baxmayaraq, bəzi şəxslər fəaliyyət göstərməsinə qarşı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) Yol Patrul Xidtməti Alayının 9-cu tağımının əməkdaşları kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası qanunsuz sərnişindaşımalarını həyata keçirilməsinə qarşı monitorinq keçirilib. Monitorinq zamanı qərb rayon və şəhərindən paytaxt Bakıya eləcə də respublikanın digər şəhər və rayonlarına tanınma nişanları, taksometr və digər məlumat göstəriciləri olmadan, eləcə də pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tibbi tələblərə (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və s.) riayət edilmədən sərnişin daşımaları aşkar edilib. Polis əməkdaşları vətəndaşlar ilə bir daha profilaktiki söhbətlər apararaq onlara mövcud qanunların tələblərini izah edib. Aşkar edilən faktlar üzrə 16 nəfər şəxs barəsində inzibati protokol tərtib edilib.

DİGƏR XƏBƏRLƏR

Top