"Pfizer- BioNTech" vaksininin 5-11 yaşlı uşaqlar üçün sınaq nəticələri açıqlandı


Almaniyanın “Pfizer və ABŞ-ın “BioNTech” şirkətlərinin birgə hazırladığı “Comirnaty” vaksininin 5-11 yaşlı uşaqlar üçün kliniki sınaq nəticələri məlum olub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, uşaqlar arasında aparılan sınaqların ilkin nəticələri müsbət olub. Belə ki, 5-11 yaş arası uşaqlarda 21 gün ara ilə vurulan iki dozadan sonra orqanizmdə antikorlar əmələ gəlib. Əks-təsir və ya digər təhlükələrin ortaya çıxmadığı vurğulanıb. 
Kliniki sınaqların bitməsindən sonra 5-11 yaş arası uşaqların vaksinasiyasına icazə veriləcəyi deyilib.

DİGƏR XƏBƏRLƏR

Top