Azərbaycanda əsirlikdə olan Maral Nacaryan yenidən Ermənistana gedib – VİDEO


Şuşada əsir götürüldükdən sonra Bakıya gətirilən, daha sonra azadlığa buraxılan Maral Nacaryan İrəvana gedib.
Yeniavaz.com
Azadlıq radiosuna istinadla xəbər verir ki, Maral Nacaryan bu dəfə daha əmin şəkildə Ermənistana gəldiyini və orada çalışacağını deyib:
“Saç və dırnaq ustasıyam, öz peşəm üzrə çalışacağam. Livanda 6 ay psixoloq müalicəsi almışam. Mən Şuşada əsir düşmüşdüm. O vaxt yanlış məlumatlar verirdilər. Bir gün deyirdilər bu bölgə tutulub, sabah isə təkzib edirdilər. Biz də bölgədə ümumi vəziyyət barədə məlumatsız halda Şuşaya əşyalarımızı götürmək üçün gedəndə əsir düşmüşdük. Əvvəl elə bildim pasportlarımızı yoxlayıb buraxacaqlar. Ancaq, mənimlə birgə orada olan Vigenin döyüşməyə gəldiklərini bildikdən sonra Azərbaycan hərbçiləri bizi girov götürdülər”. 
Xatırladaq ki, Maral Nacaryan Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində bu ilin 10 mart tarixində azad edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top