Rusiyada universitetə silahlı hücum edən şəxsin fotosu və son paylaşımı - FOTO


Sosial şəbəkələrdə Perm Dövlət Universitetinə silahlı basqın həyata keçirərək səkkiz nəfəri öldürən şəxsin fotosu yayılıb.
Yeniavaz.com
xəbər verir ki, cinayətkar hadisədən bir neçə dəqiqə əvvəl “VKontakte” sosial şəbəkə hesabında etdiyi paylaşımda bunu çoxdan həyata keçirmək niyyətində olduğunu yazıb:
“İllər keçdi və başa düşdüm ki, arzuladığım işi etmək zamanı yetişib”.
Timur Bekmansurov 10-cu sinifdən etibarən odlu silah əldə etmək məqsədi ilə pul topladığını bildirib:
“2021-ci ilin mart ayında silah almaq üçün lazım olan pulu toplayıb bitirdim. 18 yaşım tamam olandan sonra isə lisenziya almaq üçün tələb olunan prosedurlara başladım”.

DİGƏR XƏBƏRLƏR

Top