Rusiyanın ABŞ-dakı baş konsulu polis işindən narazı qalıb


ABŞ-ın Nyu-York şəhərində Rusiya Dövlət Dumasına keçirilən seçkilər vaxtı Nyu-York polisinin seçki məntəqəsinin təhlükəsizliyini təmin etmədiyi bildirilib.
Yeniavaz.com
"TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı baş konsulu Sergey Ovsyannikov məlumat verib. Onun sözlərinə görə, ABŞ hüquq-mühafizə orqanları secki məntəqəsinin ətrafındakı ərazinin təhlükəsizliyi təmin etmək üçün öz əməkdaşlarını oraya göndərməyib. O həmçinin vurğulayıb ki, seçki zamanı asayişin qorunması təmin edilməsə də, xoşbəxtlikdən heç bir insident yaşanmayıb: "Rusiya Dövlət Dumasına keçirilən seçkidə təxminən 540 nəfər iştirak edib. Seçkilərə kənardan müdaxilə cəhdləri olmayıb".

DİGƏR XƏBƏRLƏR

Top