İTV-nin MTRŞ-ya qarşı kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Milli Televiziya və Radio Şurasına qarşı (MTRŞ) kassasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub. Şikayətə 2017-ci il fevralın 9-da Ali Məhkəmədə hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, MTRŞ İTV-də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığı üçün telekanala ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi MTRŞ-nın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi İTV-nin MTRŞ-ya qarşı şikayətini təmin etməyib. 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalayıb. Həmin vaxt “Qarabağnamə” serialının çəkilişinə 100 min manat vəsaitin sərf olunacağı bildirilib.

APA

DİGƏR XƏBƏRLƏR

Top