Azərbaycan ərazisinə keçmiş iki nəfər Ermənistan vətəndaşı öz ölkəsinə qaytarılıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan tərəfi 19 sentyabr saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb.
Qeyd edək ki, sentyabrın 18-də saat 21:00-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Ermənistanın Kotayk bölgəsinin Kasax icmasının iki sakininin Gorus-Vorotan yolu boyunca hərəkət edərkən magistraldan çıxması və Azərbaycanın nəzarəti altında olan əraziyə keçməsi barədə məlumat yayıb.