Mahir Emrelinin komandası “Legiya” bu gün Polşa çempionatının 8-ci turunda “Qurnik”i qəbul edib.
“Legiya”nın 3:1 hesablı qələbəsi ilə başa çatan oyunda Mahir matçın 46-cı dəqiqəsində meydan daxil olub. Emreli Polşa çempionatında ilk qolunu oyunun 79-cu dəqiqəsində vurub.
Buna qədər o Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa superkubokunda 1 qol vurmağı bacarsa da, çempionatda qol vurmağa müvəffəq ola bilməmişdi.