Liviyada 2 helikopter toqquşdu - General həlak oldu


Liviya Milli Ordusunun iki helikopteri Tripolidən 1 000 kilometr şərqdəki Benqazi şəhəri yaxınlığında qəzaya uğrayıb.
Yeniavaz.com
"tass"a istinadla xəbər verir ki, bu barədə agentliyə feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığındakı mənbə məlumat verib.
"Liviya Hərbi Hava Qüvvələrinin iki helikopteri hərbi təlimlər zamanı Benin təyyarə bazası ərazisində Benqazidən cənub-qərbə toqquşub”, - mənbə agentliyə deyib. Bildirilib ki, qəza nəticəsində helikopterlərdən birinin iki pilotu, o cümlədən briqada generalı Buzid əl-Barasi həlak olub.
Onun sözlərinə görə, ikinci helikopterin ekipajı sağ qalıb.
Hadisənin araşdırılmasına başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top