Rusiya ABŞ dövlət katibinin müşavirinə viza vermir


Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nulandın Moskvaya səfəri barədə danışıb.
Yeniavaz.com
“tass”a istinadla xəbər verir ki, o, qadın diplomata hələ viza verilmədiyini bildirib.
Bir müddət əvvəl "Kommersant" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Moskva və Vaşinqton Nulandın gəlişi ilə bağlı razılığa gəlirlər. Onun sözlərinə görə, bu səfərin ehtimalı çox yüksəkdir.
Nuland dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi olub. 2013-cü ilin sentyabrından 2017-ci ilin yanvarınadək Nuland, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasında, xüsusilə də postsovet dövlətlərinə qarşı siyasətlə bağlı məsələlərə nəzarət edirdi.

DİGƏR XƏBƏRLƏR

Top