Bazar müdiri polislər tərəfindən təzyiqə məruz qalıb? - DYP-dən AÇIQLAMA


Baş Dövlət Yol Polisi İdarəsi polislər tərəfindən təzyiqə məruz qaldığını, spirtli içki qəbul etmədiyi halda bu səbəbdən saxlanıldığını iddia edən bazar müdiri barədə açıqlama verib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, qurumun ictimaiyyətə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Namidan Piriyev sürücü Kamran Axundovun hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün DYP əməkdaşları tərəfindən saxlanıldığını bildirib:
“Sürücüyə pozduğu qanun haqqında məlumat verilsə də, o, özünə haqq qazandırıb. Özünü Xırdalan bazarının müdiri kimi təqdim edən Kamran Axundovu polis əməkdaşları alkoqol şübhəsi ilə saxlamış olsaydı, o zaman onun spirtli içki qəbul edib-etmədiyini  alkotester vasitəsi ilə müəyyən etmiş olardılar. Lakin sürücü polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmayıb. Həmin sürücü barəsində kəmər taxmadığına görə inzibati xəta haqqında protokol tərtib olunub”.
N.Piriyev qeyd edib ki, polis əməkdaşları sürücüyə qarşı nalayiq ifadə işlətməyiblər, onun iddiası tamamilə əsassızdır.

DİGƏR XƏBƏRLƏR

Top