Türkiyə milli komandasının yeni baş məşqçisi bəlli oldu


Futbol üzrə Türkiyə milli komandasının yeni baş məşqçisi Stefan Kuntz olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının açıqlamasında deyilir.
Bildirilib ki, almaniyalı baş məşqçi sabah mətbuat konfransı keçirəcək.
Xatırladaq ki, dünya çempionatının seçmə mərhələsində Niderlanda görüş zamanı 1:6 hesablı məğlubiyyətdən sonra Şenaol Günəş Türkiyə millisinin baş məşqçisi postundan istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top