"Gəncəsənət" - incəsənət sərgi-yarmarkasının açılışı olub - FOTOLAR


Gəncə şəhərində "Gəncəsənət" - incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Gəncə İctimai İştirakçılq Məclisinin təşəbbüsü ilə və Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gəncə İctimai İştirakçılq Məclisinin birgə təşkilatçılığı ilə baş tutan sərgi - yarmarka  Gəncə şəhərindəki Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunub. 
Tədbirin rəsmi tərəfdaşları qismində "Sahibkar Qadınlar" İB, "Gəncə Maarif Evi" İB və "Cavad Xan" Tarix və Mədəniyyət Fondu çıxış ediblər.
Sərgi-yarmarkada Gəncə şəhər və Qərb regionunda yaşayan 70-ə yaxın sənətkarlara, rəssamlara aid bir çox növdə sənətkarlıq və rəngkarlıq nümunələrinin, həmçinin həvəskar şəkildə yaradıcılıqla məşğul olan şəxslərin müxtəlif janrlarda əl işlərinin satışı və nümayişi həyata keçirilir.
Hazırda Gəncə şəhərində və regionda incəsənət və sənətkarlıq nümunələrinin satış və sərgi məkanının olmaması alıcı qüvvənin azalmasına, sənətkarlıq və incəsənətlə məşğul olan şəxslərin maddi durumunun zəifləməsinə və onların öz əsərlərini nümayiş edə bilməmələri səbəbindən həvəsdən düşmələrinə gətirib çıxarır.
Vaxtilə Gəncə şəhərində, eləcə də onun ətraf bölgələrində mövcud olmuş, bu dövrə gəlib çatmamış və ya çox az sayda sənətkar tərəfindən qorunub saxlanan bir sıra sənət ənənələrinin dirçəldilməsi də vacib məsələlərdəndir.
Sərgi-yarmarkanın həyata keçirilməsinin məqsədi alıcı və sənətkar arasında körpülər salınması, yaradıcılıqla məşğul olanlar arasında inkişaf yönümlü dialoqun qurulması, əhalidə sənətkarlıq və incəsənətə marağın artırılması, müxtəlif istiqamətli sənət növlərinin yaşadılması və inkişafı, eləcə də şəhərin mədəni həyatının canlandırılmasına xidmətdir. 
İki gün davam edəcək  sərgi-yarmarkanın mütəmadi keçirilməsi planlaşdırılır.



Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top