21 yaşlı iki erməni Azərbaycan ərazisinə keçib


Sentyabrın 18-də saat 21:00-da Ermənistanın Kotayk bölgəsinin Kasax icmasının iki sakini Gorus-Vorotan yolu boyunca hərəkət edərkən magistraldan çıxıblar və Azərbaycanın nəzarəti altında olan əraziyə keçiblər.

Yeniavaz.com "sputnik armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hazırda Ermənistan MTX və Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları onların tapılması istiqamətində iş aparır.
Kasax icmasının rəhbəri Ara Mkrtçyan bildirib ki, yolunu azanlar ordudan yenicə tərxis olunmuş 2 gəncdir: 
"Oğlanların 21 yaşı var, dostdurlar, birlikdə orduda xidmət ediblər. Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə girəndə oğlanlardan biri telefonla danışıb və söhbətində "bizi dayandırdılar" deyib. Bundan sonra əlaqə kəsilib və hələ də xəbər yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top