Xəbər verdiyimiz kimi artıq bir müddətdir ki, Azərbaycan polisi Gorus-Qafan yolunun ölkəmizdən keçən hissəsində xidmət aparır. Torpaqlarımızdan keçənlərdən Azərbaycan qanunları çərçivəsində davranmaq tələb edilir. Qaydaları pozanlara qarşı müvafiq tədbirlər görülür. Bir neçə gün əvvəl isə ərazidə xidmət aparan polislərimiz qondarma rejimin "bayrağı"nın əks olunduğu avtobusu saxlayıb və həmin qondarma bayrağın təsvirini siliblər.
Yeniavaz.com "xəzərxəbər"ə istinadla xəbər verir ki, qondarma bayrağın silinməsindən sonra polislərimizdən biri avtobusda olan erməni uşaqlara sakit tərzdə vəziyyəti izah edib. Onlara bildirilib ki, "Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var". Daha sonra isə avtobusun hərəkətinə icazə verilib.