Türkiyədə faciəvi hadisə: Azərbaycanlı qadını öldürüb özünü qatarın altına atdı - FOTOLAR


Türkiyənin Nevşehir vilayətində Azərbaycan əsilli Tərhanə Yamanı ov tüfəngi ilə qətlə yetirən tanışı Duran Aşar özünü qatarın altına ataraq intihar edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə sentyabrın 17-də vilayətin Avanos bölgəsində baş verib. Belə ki, iki uşaq anası olan 53 yaşlı T. Yaman Avanos sözügedən bölgədə yaşayan Duran Aşar adlı tanışının evinə gedib. Tərəflər arasında bilinməyən səbəbdən baş vermiş mübahisə qanlı bitib. Ev sahibi Duran Aşar ov tüfəngi ilə qadına atəş açıb və öldürüb. O, daha sonra evi tərk edib.
Yamandan xəbər ala bilməyən yaxınları Duran Aşarın evinə yollanıb və qapısı açıq evdə Tərhanənin meyiti ilə qarşılaşıblar. Hadisə yerinə polis çağırılıb.
Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top