Respublika Klinik Uroloji Xəstəxanasında yeni direktor təyinatı olub


Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev "Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası" publik hüquqi şəxsinin direktoru təyin edilib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrin icrası ilə bağlı digər məsələlərin həlli “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top