9 yaşlı uşaq kanalda boğuldu


Şəmkirdə bədbəxt hadisə baş verib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü Tağıyev Nihat Azər oğlu kənd ərazisindən keçən kanalda əlini yuyarkən kanala düşüb. Azyaşlının meyiti kanaldan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top