Şəhid Elgün Quliyevin ad günü qeyd edilib - VİDEO


Ötən gün Vətən Müharibəsi şəhidi, Quran hafizi, Tarix müəllimi Elgün Quliyevin ad günü qeyd edilib.

Yeniavaz.com xəbər verir ki, şəhidin anadan olduğu Şamaxı rayonunun Göylər kəndində şəhidin xatirəsinə tikilən bulağın da açılışı olub. Mərasimdə ailə üzvləri və yaxınları iştirak edib. Elgün Quliyev Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə 9 noyabr 2020-ci il tarində şəhid olub. O, şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Allah rəhmət eləsin!
Qeyd edək ki, Elgün Quliyev bacısına yazdığı bu sözləri ilə hər kəsin yaddaşına həkk olunub: "Tarix müəllimi ola bilməsəm də, bəlkə tarix yazdım".

DİGƏR XƏBƏRLƏR

Top