Rusiya hərbi gəmilərinin Bakıya gəlmə səbəbi açıqlandı - RƏSMİ + FOTOLAR + YENİLƏNİB


Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəliblər.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, səfər çərçivəsində gəmi heyətlərinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbulu, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulub.
Bundan başqa mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, o cümlədən voleybol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Səfər sentyabrın 20-dək davam edəcək.








***13:05

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.


DİGƏR XƏBƏRLƏR

Top