Mingəçevirdə avtomobil qəzası olub


Mingəçevirin yeni köçkün şəhərciyinin qarşısından keçən yolda avtomobil qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, hərəkətdə olan “VAZ 2199” markalı maşının qarşısına anidən azyaşlının çıxması sürücünün idarəetməni itirməsinə səbəb olub. Sürücü piyadanı vurmamaq üçün manevr edərək avtomobilin istiqamətini dəyişmək istəyib. Bu zaman avtomobil yol qırağındakı maneələrə və ağaclara çırpılaraq aşıb.
Sürücü və maşında olan sərnişin yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top