Türkiyə 2018-ci ildə ilk F-35 qırıcılarını alacaq

ABŞ-ın F-35 qırıcı-bombardmançı təyyarələrinin ilk partiyası 2018-ci ildə Türkiyə Silahlı qüvvələrinə təhvil veriləcək. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, həmin təyyarələrin detallarının yarısından çoxu Türkiyədə istehsal ediləcək və onların montajı həyata keçiriləcək. B. Yıldırım Türkiyənin 2023-cü ilədək ordunu maksimum yerli silahlara keçirmək hədəfini qoyub: “Bu sahəyə sərmayələr 14 il ərzində 35 milyard dollar təşkil edib”.

DİGƏR XƏBƏRLƏR

Top