
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Baş Dövlət Yol Polis İdarəsinin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin təhlükəsizliyinin artırılması məqsədiləmüvafiq tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəqliyyat axınının qaydaya salınmasına xidmət edən nişanlanma xətləri, rəngi solmuş piyada keçidləri yenidən rənglənib. Həmçinin, zərurət olan yerlərdə yeni piyada zolaqları salınıb.

Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz