Sarkisyan prezidentliyi dövründə 16 dəfə Baden-Badendə olub


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan haqqında yeni iddia ortaya atılıb.
Yeniavaz.com
Azadlıq Radiosunun Erməni bürosuna istinadla xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 10 illik prezidentliyi dövründə dəfələrlə dövlət hesabına və hökumət təyyarəsi ilə Almaniyanın məşhur Baden-Baden kurortuna səfər edib. 
Yayılan məlumatlara görə, bu səfərlərdən biri də 2016-cı ildə Aprel döyüşlərindən dərhal sonra baş tutub.
Araşdırmaçıların iddiasına görə Sarkisyan həmin ilin 6-7 aprelində Almaniyaya rəsmi səfərində də Baden-Baden şəhərinə baş çəkib. Məlumatları mülki aviasiya komitəsi təqdim edib. Həmin məlumatlarda Ermənistan Prezident aparatının sorğusu ilə 2008-ci ilin 1 yanvarından 2018-ci ilin 1 yanvarınadək yerinə yetirilən uçuşların siyahısı var. Lakin bu məqalənin dərc olunandan bir neçə saat sonra Sarkisyanın vəkili Amram Makinyan “Facebook” səhifəsində məlumatları təkzib edib. Vəkil Makinyan iddia edib ki, mülki aviasiya komitəsindən verilmiş məlumatlar ya qərəz, ya da yanlışlıq ucbatından təhrif olunub. Ancaq, o, 2016-cı ildə edildiyi iddia olunan səfəri təkzib etsə də digərləri barədə danışmaqdan imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top