Bakı şəhərinin Səbail rayonunda ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində söndürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətinin məlumatında bildirilib.
***15:30
Bakıda ağaclıq ərazidə yanğın başlayıb.
Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.