Səyyad Əlizadə ECMO cihazına qoşulub


Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Report-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb.

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

DİGƏR XƏBƏRLƏR

Top