Ağ Ev Baydenin çıxış edərkən narahatlıq keçirməsinə aydınlıq gətirdi


"ABŞ Prezidenti Co Baydenin çıxışlar və digər rəsmi tədbirlər zamanı tez-tez öskürməsi narahatlıq doğuran səbəb kimi qəbul edilməməlidir". 
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Yen Psaki Ağ Evdə keçirdiyi brifinqdə deyib. "Narahatlığa ehtiyac yoxdur. Onunla birlikdə gedən bir həkimimiz var və lazım gələrsə prezidentə müayinə edəcək", - deyə o bildirib.
Daha sonra jurnalistlərdən biri, "Baydenin tez-tez öskürməyinin səbəbi varmı?", - deyə sual ünvanlayıb. Psaki isə bunun sadəcə bir az soyuqdəymə və ya boğaz quruluğu ilə izah olunduğunu deyib.

DİGƏR XƏBƏRLƏR

Top