Kuba 2-11 yaşlarında uşaqların koronavirusa qarşı kütləvi peyvəndinə başlayır


Kuba həkimləri ibtidai məktəb və məktəbəqədər yaşdakı uşaqlar üçün koronavirusa qarşı kütləvi peyvənd proqramına başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbə verir ki, vaksinasiyada Kubada hazırlanan “Soberana 02” peyvəndi istifadə ediləcək.
Mütəxəssislər vaksinasiyanın yalnız gənc nəsli infeksiyadan qorumağa deyil, həm də məktəblərdə tam hüquqlu bir təhsil prosesini sürətlə bərpa etməyə kömək edəcəyini qeyd edirlər. Hazırda 11 milyon Kuba vətəndaşından təxminən 4,33 milyonuna yerli peyvəndləri ola “Abdala” və “Soberana 02” vurulub.
Rəsmi məlumatlara görə, Kubada bu günə qədər 768 mindən çox yoluxma hadisəsi baş verib, 6 523 nəfər həmin xəsrəlikdən ölüb, 730 mindən çox xəstə isə sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top