Avstraliyada çox sayda insan karantin qaydalarına etiraz edir


Koronavirusla mübarizə çərçivəsində tətbiq edilən bəzi qaydalar Avstraliyada insanların etirazına səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “9News” telekanalı məlumat yayıb. Bildirilib ki, bütün inşaat sahələrində yemək və istirahət otaqlarının bağlanması barədə verilən qərar həmin sektorda çalışan çox sayda işçinin etirazına səbəb olub. Melbörn şəhərində bir neçə əsas küçəni bağlayan aksiya iştirakçıları ictimai nəqliyyatın hərəkətinə mane olublar. Polis etirazçıları mühasirəyə alsa da, heç birini saxlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top