Çinin cənub-qərbində baş verən güclü zəlzələdə yaralananların sayı artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Xinhua News” agentliyi məlumat yayıb. Hadisə nəticəsində 100-dən çox yaralının olduğu, 3 nəfərin isə öldüyü bildirilir. 6 bal gücündə zəlzələ səbəbilə 1400-dən çox ev uçub, daha 6400 evə isə ciddi ziyan dəyib. Fəlakət zonasından 70 mindən çox insan təxliyə edilib.