Karantin qaydalarını pozan kafe sahibi və müştəriləri cərimələndi - VİDEO


Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 00:00-dan sonra xidmət göstərən kafe aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi  məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində yerləşən “Read Houses” adlı kafenin saat 01:30 radələrində müştərilərə xidmət göstərdiyi müəyyən edilib.
Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi Əliağa Məmmədov və 11 müştəri saxlanılaraq Polis İdarəsinə dəvət ediliblər. Müştərilər və kafenin sahibi barəsində inzibati qaydada tədbir görülüb və onların hər biri cərimə edilib.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.


DİGƏR XƏBƏRLƏR

Top