Keniyada 2,1 milyon insan aclıqla üz-üzə qaldı


Daşqınlardan sonra Keniyanın üzləşdiyi quraqlıq ölkədə 2,1 milyondan çox insanı aclıq təhlükəsi ilə üz-üzə qoyub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Keniyada quraqlıq səbəbilə fevral ayından bəri qidaya ehtiyacı olan insanların sayı 70 faiz artaraq 2,1 milyona çatıb. Son illər tarixində ən böyük çəyirtkə istilası ilə də üzləşən ölkənin şimal və şərq bölgələrində mövcud qida probleminin quraqlıq təsiri ilə daha da artacağı gözlənilir.
Qeyd edək ki, meteoroloqlar kifayət qədər yağış olmayacağını proqnozlaşdıraraq vəziyyətin daha da gərginləşəcəyini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top