Azərbaycan təbii qazı xaricə bu qiymətə satır – Ölkələr üzrə SİYAHI


Bu ilin ilk 8 ayı ərzində Azərbaycan xarici ölkələrə 13 milyard 241 milyon 763,48 min kub metr həcmində təbii qaz satıb.
Yeniavaz.com xəbər verir ki, xaricə satılan təbii qazın ümumi dəyəri 2 milyard 350 milyon 391,76 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kub metrinin gömrük dəyəri 177,5 dollar olub.
Azərbaycan bu ilin ilk 8 ayında təbii qaz aşağıdakı ölkələrə satıb:
ÖLKƏLƏR Ümumi həcmi
(min kub metr)
Ümumi dəyəri
(min dollar)
1000 kub metrin dəyəri (dollar)
Türkiyə 7 309 619.31 1 089 818.18 149,1
İtaliya 3 046 941.26 836 241.79 274,4
Gürcüstan 2 157 801.61 268 509.14 124,4
Yunanıstan 424 205.61 127 571.40 300,7
Bolqarıstan 150 749.16 22 464.97 149,0
İran 152 446.53 5 786.28 37,9
Rəqəmlərdən də göründüyü kimi, Azərbaycan təbii qazın 1000 kub metrini Türkiyəyə 253 manata (149 dollar), Gürcüstana 211 manata (124 dollara), İrana isə 65 manata (38 dollar) (65 manat) satıb.
Bu isə o deməkdir ki, Türkiyəyə satılan 1 kv metr təbii qazın gömrük dəyəri 25 qəpik, Gürcüstana satılan təbii qazın qiyməti 21 qəpiyə, İrana satılan təbii qazın qiyməti 6,5 qəpiyə bərabərdir.
Qeyd edək ki, Azərbaycan daxilində əhaliyə satılan təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif 1 kub metr üçün 10 qəpik, 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Göründüyü kimi, Azərbaycanda əhali təbii qazın 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib ki, bu da Türkiyəyə satılan təbii qazın qiymətilə eyni, Gürcüstana və İrana satılan təbii qazın qiymətindən yüksəkdir.
 

DİGƏR XƏBƏRLƏR

Top