Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda 1 214 ədəd minik avtomobili istehsal edilib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki,ötən ilin analoji dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 3,8% və ya 44 avtomobil az olub.
Sentyabr ayının 1-nə olan məlumata görə istehsal olunan avtomobillərin 239-u satılmayıb. Bu ilin yanvar ayının 1-də ölkədə 199 ədəd hazır məhsul ehtiyatının olduğunu nəzərə alsaq, o zaman son 8 ayda
Azərbaycanda istehsal olunan 1 174 ədəd minik avtomobil satılıb.