Putin: "Ətrafımda onlarla insan koronavirusa yoluxub"


Rusiya Prezidenti Vladimir Putin ətrafında olan çox sayda insanın COVİD-19-a yoluxduğunu bildirib.
Yeniavaz.com
"TASS"a istinadla xəbər verir ki, bu barədə Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasına onlayn şəkildə qatılarkən deyib: "Bir-iki nəfər deyil, ətrafında onlarla insan koronavirusa yoluxub. Təəssüf ki, Düşənbəyə səfərimi son anda ləğv etməli oldum. İndi bir neçə gün ərzində özünütəcrid rejiminə riayət etməliyəm”.
Qeyd edək ki, bu gün Tacikistanda KTMT-nin iclası keçirilir. Təşkilata sədrlik Ermənistana veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top