Çində 1 milyarddan çox insan tam peyvənd olundu - Son sutkada 80 nəfər yoluxub


Çində 1 milyarddan çox insan koronavirusa qarşı tam peyvənd olunub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Çində bu günə qədər 1 milyard 11 milyon 584 min nəfər tam peyvənd olunub. Vaksinasiyanın ümumi sayının isə 2,16 milyardı keçdiyi vurğulanıb.
Qeyd edək ki, Çində son stukada cəmi 80 nəfər koronavirusa yoluxub. Ümumilikdə isə bu günə qədər Çində 4 min 636 nəfər COVID-19-dan ölüb, 95 min 493 nəfərə isə həmin xəstəliyə yoluxub.

DİGƏR XƏBƏRLƏR

Top