Fransa prezidenti Emmanuel Makron İŞİD terror təşkilatının liderlərindən biri Adnan Əbu Vəlid əl Səhrəvini öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Fransa ordusunun Malidəki qüvvələri, İŞİD-in əsas liderlərindən biri Əbu Vəlid əl Səhrəvini öldürüb. Ordunun keçirdiyi hərbi əməliyyatdan sonra sosial media hesabında açıqlama verən Fransa Prezidenti Emmanuel Makron hadisəni təsdiqləyib.
Qeyd edək ki, Səhrəvi Fransada bəzi işçilərin öldürülməsi və Nigerdə ABŞ əsgərlərinə hücumlardan sonra axtarışda verilmişdi. ABŞ Səhrəvinin başına 5 milyon dollar mükafat qoymuşdu.