Rus saytı Mahiri erməni kimi təqdim etdi


Rusiyanın məşhur idman saytlarından olan "Sports.ru" milli komandamızın və Polşa "Legiya"sının üzvü Mahir Emrelini erməni futbolçu kimi təqdim edib.

Yeniavaz.com xəbər verir ki, ötən gecə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Moskva "Spartak"ı ilə "Legiya" arasında keçirilən görüşün (0:1) canlı nəticələrini yayımlayan sayt 24 yaşlı hücumçunu erməni futbolçu kimi qələmə verib.

Qeyd edək ki, Emreli matçın 83-cü dəqiqəsində əvəzlənib.

DİGƏR XƏBƏRLƏR

Top