Həbsdən buraxılan sabiq icra başçısı ilə bağlı YENİ XƏBƏR


Bir neçə gün əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Yevlaxın sabiq icra başçısı Qoca Səmədov əməliyyat olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya onun vəkili Elnur Vəliyev məlumat verib.
Vəkil bildirib ki, ürək xəstəliyindən əziyyət çəkən sabiq icra başçısı ötən gün axşam saatlarında birinci əməliyyatını keçirib. Hazırda vəziyyəti stabildir.
Qeyd edək ki, Qoca Səmədovun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib. Onun barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.
Xatırladaq ki, sabiq icra başçısı Dövlət Təhlükəsizliyi tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top