Mikayıl Cabbarov Abdulla Tağıyevə vəzifə verdi - ƏMR

İqtisadiyyat naziri Mikayıl Cabbarov sabiq müşavirinə yeni vəzifə verib.

Yeniavaz.com Qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Abdulla Tağıyevə nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktor vəzifəsi həvalə edilib. 

Bu ilin iyul ayında sözügedən MMC-nin direktoru vəzifəsindən azad edilən Fərid Cəfərov isə Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müşaviri təyin olunub. 

Qeyd edək ki, Abdulla Tağıyev İqtisadiyyat naziri Mikayıl Cabbarovun Təhsil və Vergilər nazirliklərində müşaviri olub.

DİGƏR XƏBƏRLƏR

Top