DYP rəisi vəzifəsindən azad edildi


Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Koroğlu Quliyev tutduğu vəzifədən azad edilib.

Yeniavaz.com unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə, o, Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.

Hələlik Füzuli DYP-nin rəisi vəzifəsinə təyinat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top