Biləsuvarda motosiklet piyadanı vuraraq öldürüb


Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Heydər Əliyev prospektində şəhər sakini, 1962-ci il təvəllüdlü İradə Əhmədova hərəkətdə olan, 1996-cı il təvəllüdlü Fərid Həsənlinin idarə etdiyi "Yamaha" markalı motosiklet tərəfindən vurulub.
Nəticədə ağır dərəcəli bədən xəsarəti alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top