Mahir Emreli oynadı, komandası qələbə qazandı


Mahir Emrelinin formasını geyindiyi "Legiya" Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.
Yeniavaz.com
xəbər verir ki, Varşava təmsilçisi səfərdə "Spartak"ın qonağı olub. Millmizin futbolçusu 82-ci dəqəqiyə qədər meydanda mübarizə aparıb. Hücumçu 77-ci dəqiqədə qol vurmağa yaxın olsa da top qapı dirəyinə dəyib. Onu son dəqiqələrdə Tomaş Pexartla əvəz edib. Matçın əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə Lirim Kastrati "Legiya"ya qələbə qazandıran qolu vurub - 0:1. Qarşılaşma bu hesabla da bitib.
Qeyd edək ki, C qrupunun digər oyununda İngiltərə "Lester"i İtaliya "Napoli"sini qəbul edəcək.

DİGƏR XƏBƏRLƏR

Top