Paşinyan: “Ermənistan Naxçıvanla əlaqə üçün Azərbaycana dəhliz verməyəcək”


Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə təxribatçı çıxış edib.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, Paşinyan parlamentdəki çıxışı zamanı Azərbaycana dəhliz verilməyəcəyini deyib:
“Gorus-Qafan yolunda baş verən hadisələrin müəyyən səbəbləri var. Azərbaycan İrandan gələn yük avtomobillərini yoxlamağa başlayıb. Çünki, Ermənistan Naxçıvanla əlaqə üçün Azərbaycana dəhliz verməyəcək”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də hökumət iclasında çıxışı zamanı Bakının Naxçıvanla quru yolla əlaqə qurmaq istədiyini anladıqlarını bildirmişdi. O həmçinin, bu barədə konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlı olduqlarını qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top