KTMT sədrliyi sabah Ermənistana keçir


Sabah Tacikistanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləri Təşkilatı (KTMT) sammitindən sonra təşkilata sədrlik Ermənistana keçəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 16-da Düşənbədə KTMT Kollektiv Təhlükəsizlik Şurasının zirvəsində təşkilata sədrlik edəcək Ermənistanın prioritetlərini təqdim edəcək. Tədbirdə KTMT-yə üzv dövlətlərin başçıları, eləcə də təşkilatın baş katibi Stanislav Zas iştirak edəcək. Kollektiv Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini və KTMT-nin sessiyalararası dövrdəki fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top