Azərbaycanda çörəyin qiyməti bahalaşdı


Azərbaycanda bu gündən çörəyin qiymətində bahalaşma müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə əvvəlcə sosial şəbəkələrdə məlumatlar yayılıb. Daha sonra isə çörək istehsalçılarından “Nömrə 1” faktı təsdiqləyib.
Qiymət artımı çörək növlərindən asılı olaraq, 5-10 qəpik civarındadır.
Supermarketlər də çörəyin qiymətindəki bahalaşmanı saytımıza təsdiqləyiblər.
Xatırladaq ki, ölkədə bu ilin fevralın ikinci yarısında da satışda olan bəzi çörəklərin qiyməti təqribən 20 faiz bahalaşmışdı.

DİGƏR XƏBƏRLƏR

Top